Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna dəyişiklik edəcək.
İnterpress.az xəbər verir ki, Gürcüstan hakimiyyəti Avropa Şurasının baş katibinə xarici agentlər haqqında qanuna dəyişiklik edəcəyinə söz verib.
“Gürcüstan nümayəndələri ilə Avropa Şurası, o cümlədən Venesiya Komissiyası arasında işçi qrup yaradılacaq və qanunvericiliyə hansı dəyişikliklərin edilməsi lazım olduğu müəyyənləşəcək. Ümid edirəm ki, oxşar proseslər başqa istiqamətlərdə də həyata keçirilə bilər”, – Berse bildirib.
Gürcüstan mətbuatı onu da yazır ki, bu gün Gürcüstanın baş naziri Kobaxidze ilə Berse arasında ikinci görüş keçirilir.
Qeyd olunur ki, sonuncu müxalifət, qeyri-hökumət təşkilatlarının nümayəndələri və hakim partiyanın sədri İvanişvili ilə də görüşüb.
Xuraman Etibarlı
İnterpress.az