Gürcüstanda 14 yaşlı azərbaycanlı qızı öldürən 28 yaşlı şəxsin fotosu yayılıb
Bu barədə İnterpress.az y mediaya istinadən xəbər verir.
Belə ki, məcburi nikahın qurbanı olan 14 yaşlı qız ərindən qaçaraq valideynlərinin evinə qayıtmağa çalışıb və bu səbəbdən aralarında tez-tez münaqişələr baş verib.
Kənd sakinlərinin sözlərinə görə, qətli törədən şəxsin psixi problemləri olub.
Xatırladırıq ki, qətl Saqareco bələdiyyəsinin Lambalo kəndində baş verib. Azyaşlı 2 aylıq evli olub və qeyri-rəsmi nikahda olduğu əri tərəfindən öldürülüb.
28 yaşlı ər qətldən sonra gizlənib və polis onu hələ də axtarır.