Gürcüstanda Avropa Birliyinə maraq itir.
İnterpress.az xəbər verir ki, bunu “Eurobarometer” sorğusunun nəticələri göstərir.
Nəticələrə görə, ölkədə Aİ-yə inam ötən ilin payızından bəri 58%-dən 49%-ə düşüb. Ötən ilin yazında bu göstərici 66% olub.
Gürcüstanın Avropa İttifaqına daxil olmasının yaxşı hal olduğuna inanan vətəndaşların sayı 69%-dən 60%-ə düşüb. Eyni zamanda, əhalinin əksəriyyəti (51%) ölkə hökumətinə güvənir.
Sorğu aprel ayında 1011 respondent arasında keçirilib.
Xuraman Etibarlı
İnterpress.az