Gürcüstanda unun idxal rüsumu artırılıb, arpa və kəpək idxalına görə rüsum qoyulub.
Qeyd edilib ki, Gürcüstan 80-90% idxaldan asılıdır və unun qiymətini dünya bazarındakı tendensiyalar müəyyən edir.
Məlumata görə, idxal rüsumunun tətbiqindən sonra Gürcüstanda emal unun qiyməti bir kisə üçün 4 lari artıb:
“İdxal rüsumunun tətbiqindən sonra dəyirmandan 1 kisə birinci keyfiyyətli un 50 lariyə başa gəlir. Qətnamə qəbul olunana qədər onun dəyəri 46 lari idi. Kisənin qiyməti 4 lari artıb ki, bu da hər kiloqram üçün təxminən 8 lari artım deməkdir”.
Məlumat üçün bildirək ki, hökumət unun idxal rüsumunu 50 lari artırıb, kəpək və arpa üçün isə 100 lari məbləğində yeni rüsum tətbiq edib. Qərar oktyabrın 2-də, hökumətin iclası başa çatdıqdan sonra elan edilib və oktyabrın 10-da qüvvəyə minib.