Gürcüstanda erkən nikahlara qarşı kampaniya başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Bildirilir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi erkən nikahlara qarşı “Uşaqlığı əlinizdən almayın” adlı kampaniyaya başlayıb.
Təhsil müəssisələrində və polis bölmələrində məktəblilər, valideynlər, müəllimlər, direktorlar və məktəblərin məhkəmə icraçıları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
“Uşaqlığı əlindən alma” kampaniyası artıq erkən nikahların qarşısının alınmasında mühüm mexanizmlərdən birinə çevrilib.
Xatırladaq ki, iki il əvvəl Gürcüstanda 14 yaşlı azərbaycanlı məktəbli Aytac Şahmarova qətlə yetirilib. O, yeniyetməni qaçıran və bir neçə ay sonra qaçmağa çalışarkən öldürən 28 yaşlı kişi ilə məcburi nikahda olub.
Aytacın qətli gürcü cəmiyyətində görünməmiş rezonansa səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az