2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi 15 919,5 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 16,6 faiz çoxdur.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Statistikaya görə, ixrac 4 607,2 mln. ABŞ dolları (12,7 faiz artıb), idxal isə 11 312,3 mln. ABŞ dolları (18,3 faiz artıb).
“Sakstat”ın məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında mənfi ticarət saldosu 6 705,1 mln. ABŞ dolları olub ki, bu da xarici ticarət dövriyyəsinin 42,1 faizini təşkil edib.