2022-ci ildə Gürcüstanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 18,3 faiz (238,5 lari) artaraq 1543,0 lari təşkil edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
2022-ci ildə əvvəlki illə müqayisədə bütün sektorlarda maaşlarda artım qeydə alınıb.
Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə əməkhaqqı nisbətən yüksək olub:
• İnformasiya və rabitə – 3 033,4 lari (əvvəlki ilə nisbətən 49,4 faiz artıb);
• Maliyyə və sığorta fəaliyyəti – 2 730,0 lari (əvvəlki illə müqayisədə 15,3 faiz artıb);
• Peşə, elmi və texniki fəaliyyət – 2 285,0 lari (əvvəlki illə müqayisədə 10,1 faiz artıb).
2022-ci ildə qadınların orta aylıq əməkhaqqı 1247,7 lari, kişilərinki isə 1827,0 lari müəyyən edilib. Əməkhaqqının illik artımı qadınlarda 192,2 lari (18,2%), kişilərdə isə 289,1 lari (18,8%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələr üzrə kişilərin orta aylıq əməkhaqqı qadınların orta aylıq əməkhaqqını üstələyib.