Gürcüstanda “Vahid Milli Hərəkat” və “Ağmaşenebeli Strategiyası” koalisiyası ilk pensiyaçı forumunu keçirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Onların verdiyi məlumata görə, tədbirin əsas məsələsi pensiya kreditlərinin ləğvi və kişilərin pensiya yaşının 60 yaşa endirilməsi olub.
“Qələbə Koalisiyasının” liderləri Levan Xabeişvili və Giorgi Vaşadze təqaüdçülərin problemlərini dinləyib, toplaşan ictimaiyyətə konkret fəaliyyət planı təqdim ediblər.
İclasda qeyd edilib ki, gələcəkdə Gürcüstanın müxtəlif şəhərlərində pensiyaçılar forumları keçiriləcək.