Gürcüstanın İrəvandakı səfirliyində erməni spirtli içkiləri istehsalçıları tərəfindən növbəti aksiya keçirilir.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Problem Gürcüstan ərazisindən tranzit zamanı yaranan maneələr və uzun gecikmələrlə bağlıdır.
Məsələ hələ də həll olunmayıb və ona görə də onlar yenidən diplomatik nümayəndəlikdə görüşmək qərarına gəliblər.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bundan əvvəl problemdən xəbərdar olduğunu və gürcü həmkarları ilə müzakirə etmək niyyətində olduğunu bildirmişdi.
Xuraman Etibarlı
İnterpress.az