Gürcüstanın keçmiş baş prokurorunun vətəndaşlığına xitam verilibbackend

Gürcüstanın keçmiş baş prokurorunun vətəndaşlığına xitam verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-ın sanksiya tətbiq etdiyi keçmiş baş prokuror Otar Partsxaladzenin vətəndaşlığına xitam verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Xatırladırıq ki, bu il sentyabrın 14-də ABŞ-ın Gürcüstanın keçmiş baş prokuroru Otar-Partsxaladzeyə qarşı sanksiyalar tətbiq etdiyi məlum olub. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin məlumatına görə, yeni sanksiyalar paketi çərçivəsində Partsxaladze də daxil olmaqla, daha 24 şəxsə sanksiyalar tətbiq edilib.