Hafiz Hacıyev sükutu pozdu: “Xalq ana müxalifət kimi Müasir Müsavat Partiyasını görür”backend

Hafiz Hacıyev sükutu pozdu: “Xalq ana müxalifət kimi Müasir Müsavat Partiyasını görür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan xalqı ana müxalifət kimi Müasir Müsavat Partiyasını görür”.

Bu sözləri İnterpress.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda əsas müxalifət partiyası Müasir Müsavat Partiyasıdır: “Partiyamız Azərbaycan xalqına sözünü deyib və hökumətdəki nöqsanları həmişə dilə gətirib. Eləcə də həmişə mütəmadi olaraq, rüşvətxor məmurlarla mübarizə aparmışıq. Hakimiyyətdə olan rüşvətxor məmurların iç üzünü açıb göstərən və onlar haqqında tədbir gördürən məhz Müasir Müsavat Partiyası olub. Ona görə də Azərbaycan xalqı müxalifət kimi Müasir Müsavat Partiyasını sayır. İranın, Rusiyanın və digər dövlətlərin pulu hesabına 3-5 nəfəri yalandan küçələrə çıxarmaqla deyil! Biz əgər insanları küçələrə çıxarmaq kimi fikrimiz olarsa, yüz minləri bir araya gətirərik. Biz nə İrandan, nə Turandan, nə də başqa dövlətlərdən pul alırıq. Ona görə də müxalifət deyəndə Kərimov Əlini, Cəmili, Qəmbərqulunu, Qəmbər İsanı şişirtmək düzgün deyil. 30 ildir ki, bunlar müxalifəti viran ediblər”.

Fuad Rövşənoğlu

İnterpress.az