Haitidə leysan yağışlar nəticəsində sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 42-yə yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ada ölkəsi Haitidə şiddətli yağışlar səbəbiylə sel və torpaq sürüşmələri artır.
Haiti Mülki Müdafiə Agentliyi tərəfindən bildirilib ki, daşqınlar nəticəsində 42 nəfər həyatını itirib, 85 nəfər isə yaralanıb.
Ölkədə leysan yağışlar nəticəsində 37 min nəfərin zərər çəkdiyi, 13 mindən çox insanın evsiz qaldığı, 11 nəfərin itkin düşdüyü bildirilib. Bildirilib ki, seldən zərər çəkmiş ərazilərə xilasetmə qrupları göndərilib, insanlara ərzaq yardımı edilib.
Bir çox ev və iş yerləri su altında qalarkən, sakinlər maşınlarını və əşyalarını xilas etmək üçün səfərbər olub. Ölkədə ölənlərin sayının artacağından ehtiyatlanır.
Haitinin baş naziri Ariel Henri ölkə boyu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində daşqın fəlakətinə qarşı tədbirlərin görüldüyünü açıqlayıb.