Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində almaniyalı həmkarı Annalena Barbokla görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlar qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Xatırladaq ki, H.Fidan Avropa İttifaqının (Aİ) Genişlənməsi üzrə Nazirlər Konfransında iştirak etmək məqsədilə Berlində səfərdədir.