Apple, Google, Instagram, Facebook, GitHub və Telegram-dan 16 milyard parol “SINDIRILDI”backend

Apple, Google, Instagram, Facebook, GitHub və Telegram-dan 16 milyard parol “SINDIRILDI”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakerlər Apple, Google, Instagram, Facebook, GitHub və Telegram hesablarından 16 milyard parol sızdırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Apple, Google və Facebook-a giriş də daxil olmaqla, 16 milyard cari parol internetə sızıb. Bu, bütün zamanların ən böyük sızmasıdır.

Böyük məlıumat bazası, populyar xidmətlərdən milyardlarla parol, tərtibatçı hesabları və hətta iri şirkətlərin profilləri sızdırılıb.

Ən təhlükəlisi odur ki, bu parollar əvvəllər heç vaxt sızmayıb, bu, tamamilə yeni məlumatlardır.

Mütəxəssislər parolları dərhal dəyişdirməyi və iki faktorlu mühafizəni işə salmağı məsləhət görürlər.

Xuraman Etibarlı

İnterpress.az