Harvardda təhsil almaq üçün tələbə vizaları DAYANDIRILDIbackend

Harvardda təhsil almaq üçün tələbə vizaları DAYANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Harvardda təhsil almaq istəyən tələbələrin ABŞ-yə girişini dayandırmaq barədə sərəncam imzalayıb.

İnterpress.az xəbər verir ki,iİcra qərarı Harvardda təhsil almaq və ya mübadilə proqramlarında iştirak etmək istəyən xarici vətəndaşların ABŞ-yə girişini altı ay müddətinə dayandırır.

Tramp deyib ki, Harvardın əcnəbi tələbələri qəbul etməyə davam etməsinə icazə verilməsi milli təhlükəsizliyi təhlükə altına salacaq.

Qadağanın hüquqi əsası İmmiqrasiya və Vətəndaşlıq Aktının prezidentə ölkəyə girişi ABŞ-nin maraqlarına xələl gətirəcək istənilən kateqoriyadan olan əcnəbinin ölkəyə girişini dayandırmaq səlahiyyəti verən bölmələridir.

“Rəqiblərimiz, o cümlədən Çin, tələbə vizası proqramından sui-istifadə edərək və ABŞ-nin elit universitetlərində kəşfiyyat məlumatı toplamaq üçün gələn tələbələrdən istifadə etməklə Amerika ali təhsilindən yararlanmağa çalışırlar”, – sərəncamda qeyd edilir.

Sənəddə həmçinin ABŞ Dövlət Departamentinə onun ərizəsindəki meyarlara cavab verən bütün hazırkı Harvard tələbələri üçün akademik və ya mübadilə vizalarının ləğvi məsələsini nəzərdən keçirməyi tapşırıb.

Xuraman Etibarlı

İnterpress.az