Niderlandda hava şarı qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hollandiya polisi məlumat yayıb.
Bildirilir ki, Niderlandın Friesland vilayətində hava şarı qəzaya uğrayıb. Hadisə zamanı səbəti idarə edən təcrübəli pilot enişə hazırlaşarkən hava şəraitində kəskin dəyişiklik baş verib.
Güclü külək səbəti irəli atıb və nəticədə 5 nəfər səbətdən yıxılıb.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, ən azı 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri Niderland Aviasiya Polisi tərəfindən araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az