İrkutskda doğuş zamanı ana və yenidoğulmuş körpəsi vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya müdiası məlumat yayıb.
Rusiyanın İrkutsk şəhərində ana və körpəsinin ölümü ilə nəticələnən ağır faciə baş verib. Anqarsk şəhərindən olan 28 yaşlı Anastasiya dölətrafı maye gəldikdən sonra doğum evinə çatdırılıb.
Yaxınlarının verdiyi məlumata görə, körpənin çəkisi təxminən 4,2 kiloqram olub, lakin həkimlər qeysəriyyə kəsiyi əməliyyatı etməkdən imtina edərək təbii doğuşu seçiblər.
Bir qədər sonra isə ailəyə ana və körpəsinin vəfat etdiyi bildirilib. Tibbi sənədlərə əsasən, ananın ölümünə dölətrafı maye emboliyası (amniotik maye emboliyası) səbəb olub, körpə isə hələ bətndə ikən tələf olub.
Baş vermiş dəhşətli hadisədən sonra zərərçəkmiş ailə üzvləri rəsmi olaraq Rusiya İstintaq Komitəsinə müraciət ediblər. Faktla bağlı “peşə vəzifələrini layiqincə yerinə yetirməmə nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə rəsmi yoxlamalara başlanılıb.
Doğuşu idarə edən həkimlərin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Xuraman Etibarlı
İnterpress.az






