Hərbi həkim döyüş yaralarını imitasiya etmək üçün hərbi qulluqçulara döyüş sursatı parçaları yerləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Hərbi həkim döyüş yaralarını imitasiya etmək üçün hərbi qulluqçulara döyüş sursatı parçaları yerləşdirib. Bunun üçün o və əlaltıları 12 milyon rubl (təxn. 205 min man) alıblar.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hərbi həkimə qarşı açılan cinayət işi barədə danışıb.
Həkim iki yüksək rütbəli məmurla işləyib və yaralanmaları simulyasiya etmək üçün hərbşilərə qəlpə yerləşdirib. Daha sonra şübhəlilər saxta sənədlər hazırlayıblar, bunun əsasında “yaralılar” ödəniş alıblar.
Ümumilikdə, yalançı əməliyyatlar zamanı həkim və onun əlaltıları 12 milyon rubl (təxь. 205 min man) almağa müvəffəq olublar.
Xuraman Etibarlı
İnterpress.az