Həkimlərin “30 yaşınadək yaşamayacaqsan” dediyi gənc 107 kq arıqlayaraq hamını ŞOKA SALDIbackend

Həkimlərin “30 yaşınadək yaşamayacaqsan” dediyi gənc 107 kq arıqlayaraq hamını ŞOKA SALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərəzidəki rəqəmi görüb xəstəxanalıq olan şotlandiyalı 107 kiloqram arıqlayaraq həyatını xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Şotlandiyanın Qlazqo şəhərinin sakini Con Makdonald həkimin “30 yaşınadək yaşamayacaqsan” xəbərdarlığına rəğmən, 107 kiloqram arıqlayaraq özünün 30 illik yubileyini qeyd edib.

20 yaşlarında artıq çəki (təxminən 120 kq) səbəbindən prediabet, yuxu apnesi və yüksək qan təzyiqindən əziyyət çəkən Conun çəkisi sonradan daha da artaraq pik həddə çatıb.

Günlərin bir günü ilk dəfə tərəziyə çıxan gənc orada 177 kiloqram rəqəmini gördükdə güclü panik atak keçirib və huşunu itirərək xəstəxanaya yerləşdirilib.

Müayinələr zamanı onun bayılmasının səbəbinin aclıq və güclü həyəcan olduğu məlum olub.

Xəstəxanadan çıxdıqdan sonra Con həyatını tamamilə dəyişmək qərarına gəlib. O, qidalanma planını dəyişib, sıfırdan yemək bişirməyi öyrənib, şəkərli qazlı içkiləri aşağı kalorili içkilərlə əvəz edib və hər gün hazır yemək sifariş etməkdən imtina edib.

İradəli mübarizə nəticəsində Makdonaldın çəkisi 70 kiloqrama qədər düşüb.

İndi o, özünü tamamilə sağlam və gümrah hiss etdiyini, həmçinin arıqlamaq istəyən digər insanlara motivasiya verməkdən məmnun olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az