İsrail ordusu HƏMAS-ın oktyabrın 7-də ölkənin cənubunu işğal etdiyi bölgədə əməliyyatı başa çatdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
İsrail ordusu 7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlılarının İsraili işğal etdiyi Qəzza zolağının cənubundakı Xirbet Ahzaa bölgəsində təhlükəsizlik zonasının genişləndirilməsi əməliyyatını başa çatdırıb.
Bu əməliyyat zamanı 1200-dən çox terrorçu infrastruktur obyekti məhv edilib və bu, yəhudi dövlətinin sərhədə yaxın yaşayış məntəqələri ilə bağlı təhlükəni aradan qaldırıb.
Bundan əlavə, İDF bölməsi uzunluğu 500 metr və dərinliyi təxminən 25 metr olan yeraltı tunel aşkar edərək məhv edib.
Xuraman Etibarlı
İnterpress.az