HƏMAS və vasitəçilər arasında danışıqların son raundu uğursuz olub və heç bir irəliləyiş əldə edilməyib.
İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS mənbələri bu səhər Səudiyyə Ərəbistanının “Asharq” kanalına bildiriblər.
Mənbələrə görə, HƏMAS və vasitəçilər arasında danışıqların son raundu uğursuz olub və heç bir irəliləyiş əldə etməyib, lakin danışıqlar davam edir.
Onların sözlərinə görə, təşkilatın nümayəndə heyəti qismən razılaşmaya yönəlmiş ideya və təkliflərə cavab verməkdən imtina edib.
HƏMAS mənbələri həmçinin bildiriblər ki, təşkilatın danışıqlar aparan nümayəndə heyəti müharibəyə tam son qoyulması və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını əhatə edən hərtərəfli razılaşmaya çalışır.
Xuraman Etibarlı
İnterpress.az