Hər iki valideynini itirən Nilayın xalası: “Onu sakitləşdirmək üçün deyirik ki, anan gələcək” – VİDEObackend

Hər iki valideynini itirən Nilayın xalası: “Onu sakitləşdirmək üçün deyirik ki, anan gələcək” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nilayın altı gün sonra ad günü olacaqdı. Ancaq artıq nə atası var, nə də anası.

“Anadolu” agentliyi Gəncəyə Ermənistanın xain hücumlarından sonra hər iki valideynini itirən iki yaşlı Nilay Əliyeva barədə xəbər yazıb.

Qeyd edilir ki, Ermənistanın raket zərbələri endirdiyi Gəncədə üç uşaq hər iki valideynini itirib.

Xalası Rəna Quliyeva Nilayın dayanmadan ağladığını, ata-anasını soruşduğunu deyib:

“Onu sakitləşdirmək üçün deyirik ki, anan gələcək”.

R.Quliyeva bildirib ki, Niayın anası Günay Əliyeva hamilə olubmuş:

“On günlük hamilə olduğunu yeni öyrənmişdi. Bu hadisə olmasaydı, ikinci uşaqları doğulacaqdı”.

Qeyd edək ki, balaca Nilay düşmən hücumu zamanı ata-anası ilə yanaşı, nənəsi Afaq Əliyevanı da itirib.

İnterpress.az