Hərəkətdə olan qatarın üzərində video çəkmək istəyi ölümlə nəticələnib.
İnterpress.az xəbər verir ki, hadisə Avstriyada baş verib. Yeniyetmələr qatarın üzərində video çəkərkən başları körpüyə çırpılıb.
Avstriyalı iki oğlan kamera qarşısında poza vermək üçün arxalarını çeviriblər və yaxınlaşan təhlükəni hiss etməyiblər.
Biri dərhal dünyasını dəyişib, digəri isə ağır kəllə-beyin travması alıb və əlil olaraq qalacaq.
Ölüm anı digər dost tərəfindən lentə alınıb.
Xuraman Etibarlı
İnterpress.az