Həştərxan vilayətində çayın kənarında itkin düşən iki qardaş ölü tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Həştərxan vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Privoljsk rayonunun Boldinski qəsəbəsində 3 və 5 yaşlı iki qardaş gəzməyə çıxıb və daha sonra itkin düşüb.
Əvvəlcə Boldda çayının sahilində 5 yaşlı uşağın meyiti və samokatı aşkarlanıb.
Sonradan ikinci, 3 yaşlı qardaşın da öldüyü müəyyən edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






