Hibrid avtomobillərin satışına güzəştlər tətbiq edilirbackend

Hibrid avtomobillərin satışına güzəştlər tətbiq edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf dedikdə iqtisadiyyatın gələcək inkişafı və ətraf mühitlə bağlı məsələlər nəzərdə tutulur”.

İnterpress.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov “Ekspert saatı”nda danışıb. O bildirib ki, nazirlik ətraf mühitə təsir edə biləcək sektorlar üzrə müxtəlif hesabatlar verir:

“Hesabatların içərisində energetika sahəsi də var. Bu zaman bərpa olunan enerjidən istifadənin artırılması kimi məsələlərə diqqət edilir. Avtomobil nəqliyyatı ilə bağlı hesabatlarda isə atmosferin çirklənməsinə və iqlim dəyişikliklərinə səbəb olan təsirlər əks edilir. Elektromobillərin və hibrid avtomobillərin alınması üçün bir neçə sənəd hazırlanıb. 2019-cu ildən elektromobillərin və hibrid avtomobillərin idxalında güzəştlər tətbiq olunurdusa, artıq onların satışında da bu cür güzəştlər tətbiq olunur”.