Türkiyənin kurort şəhəri Alaçatıda ayrı-seçkilik hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, Türkiyənin kurort şəhəri Alaçatıda hicablı qadın rezervasiya etməsinə baxmayaraq restorana buraxılmayıb.
Zərərçəkmişin sözlərinə görə, işçilər onun qeydinə məhəl qoymayıblar və heç bir izahat vermədən onu içəri buraxmayıblar.
Hadisə sosial mediada tənqid dalğasına səbəb olub və dini ayrı-seçkilik kimi qiymətləndirilib.
Xuraman Etibarlı
İnterpress.az