Hindistanın İrandakı yeni səfiri müəyyənləşib.
İnterpress.аz xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.
Hindistan hökuməti Vişveş Negini ölkənin İrandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Hazırda Hindistan Xarici İşlər Nazirliyində birgə katib vəzifəsini tutan təcrübəli diplomatın yaxın günlərdə Tehranda rəsmi fəaliyyətinə başlayacağı gözlənilir.
Vişveş Negi bu vəzifədə Hindistanın Türkiyəyə yeni səfiri təyin olunan Rudra Qaurav Şresthi əvəz edəcək.
Yeni səfir beynəlxalq təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq, Pakistanla əlaqələr və BMT-də çoxtərəfli diplomatiya məsələləri üzrə zəngin iş təcrübəsinə malikdir.
Bu yeni diplomatik təyinatın Hindistan və İran arasında energetika, ticarət, nəqliyyat əlaqələrinin inkişafı və regional təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.аz






