Hindistan Rusiya neftinin aktiv idxalını dayandırır.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Hindistan üçillik fasiləsiz və genişmiqyaslı Rusiya nefti alışını başa çatdırır.
ABŞ-nin yeni sanksiyalarının qüvvəyə minməsindən əvvəl Rusiyadan yüklənmiş son supertankerlərin Qara dəniz limanlarını təxminən dörd həftə əvvəl tərk etdiyi bildirilir.
Mənbəyə görə, həmin tankerlər 21 noyabr — sanksiyaların rəsmi olaraq qüvvəyə mindiyi günədək Hindistana çatmağa çalışırlar.
Yeni qaydalar ölkələrin Rusiya neftinin alışında ciddi məhdudiyyətlər yaratdığı üçün bu, Dehlinin Moskva ilə enerji əməkdaşlığında mühüm dönüş nöqtəsi hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az






