Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) pilotlara və kabin heyətinə ətirdən istifadəni qadağan etməyə hazırlaşır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
The Hindu saytının xəbərinə görə, DGCA alkoqollu məhsulların istifadəsi ilə bağlı qanuna dəyişiklik təklif edib.
Tənzimləmə artıq pilotlar və kabin heyəti üçün uçuşdan əvvəl ağız qarqarası və diş geli kimi spirt tərkibli məhsulların istifadəsi ilə bağlı qaydaları ehtiva etsə də, təklif olunan yeni tənzimləmədə ətirdən istifadə də qeyd olunub.
Yeni tənzimləmədə ekipajın ətirdən istifadə etməməsi, əks halda alkotesterlə aparılan testlərin müsbət nəticə verə biləcəyi açıqlanıb.
Səhhətlərinə görə tərkibində spirt olan məhsul və ya dərman istifadə edən ekipaj üzvlərinin uçuşdan əvvəl şirkət həkimi tərəfindən müayinədən keçirilməli olduğu vurğulanıb.
Aİ: Serbiyanın Kosovo sərhədində hərbi güclənməsi dərhal dayandırılmalıdır
Avropa İttifaqı (Aİ) Serbiyanın Kosovo sərhədində hərbi birləşməsinin çox narahatlıq doğurduğunu bəyan edib və bunun dərhal dayandırılmasını istəyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ Komissiyasının sözçülərindən biri Peter Stano mətbuat konfransında Serbiyanın Kosovo sərhədində hərbi güclənməsi ilə bağlı sualı cavablandırıb. Birinci və ən mühüm prioritetin gərginliyin azaldılması və təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi olduğunu vurğulayan Stano Aİ-nin ABŞ və digər aktorlarla sıx əlaqədə olduğunu bildirib. Stano deyib: “Biz qeyd etmişdik ki, Serbiyanın Kosovo ilə inzibati sərhəd xəttində hərbi birləşmələr inşa etdiyini qeyd etdik. Bu, çox narahatedicidir və dərhal dayandırılmalıdır”.
Belqrad administrasiyası qüvvələrini geri çəkməyi tələb edib ABŞ Serbiyanın sentyabrın 29-da Kosovo sərhədində “görünməmiş” hərbi güc yığdığını bəyan edib və Belqrad administrasiyasını qüvvələrini geri çəkməyə çağırıb. Kosovo həmçinin sentyabrın 30-da Serbiyanın üç fərqli istiqamətdən qoşunlarını Kosovo sərhəd xəttinə yaxınlaşdırdığını və Belqrad rəhbərliyindən bütün hərbi hissələrini Kosovo sərhədindən dərhal geri çəkməsini tələb etdiklərini açıqlayıb.