Güclü yağışlar Hindistanın Heydərabad şəhərində daşqınlara səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə “CNN-News18” telekanalı məlumat yayıb.
Hindistanın cənubunda yerləşən Heydərabad şəhərində güclü leysan yağışları genişmiqyaslı daşqınlara və subasmalara səbəb olub.
Şəhərin bir çox mərkəzi küçə və prospektləri su altında qalıb, nəqliyyatın hərəkəti tamamilə iflic olub.
Təbii fəlakət zamanı iki nəfər daşqın sularına sızan elektrik xəttinin qırılması nəticəsində cərəyan vurması səbəbindən faciəvi şəkildə həyatını itirib.
Güclü külək və leysan yağışları şəhərin infrastrukturuna ciddi ziyan vurub, çoxlu sayda ağac aşıb və bəzi yerlərdə elektrik xətləri sıradan çıxıb.
Fövqəladə hallar xidmətləri su altında qalan ərazilərdə qalan sakinlərin təxliyəsi və fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçiblər.
Yerli hakimiyyət orqanları şəhər sakinlərini maksimum dərəcədə ehtiyatlı olmağa, xüsusilə su basmış küçələrdə elektrik dirəklərinə və naqillərə yaxınlaşmamağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






