Hindistanın Andxra-Pradeş ştatında baş verən qatar qəzasında ölənlərin sayı 13-ə yüksəlib, 50-dən çox insan yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hindustan Times qəzetinin məlumatına görə, səlahiyyətlilər qəzanın sürücünün işıqforun qırmızı işığında dayanmaması səbəbindən baş verdiyini bildirib.
Rəsmilər dünən Andhra Pradeş əyalətinin Vizianagaram bölgəsi yaxınlığında sərnişin qatarının relslər üzərində dayanan digər sərnişin qatarına çırpılması nəticəsində ölənlərin sayının 13-ə yüksəldiyini bildirib.
Səlahiyyətlilər qəza nəticəsində 50-dən çox insanın yaralandığını qeyd edərək, 4 nəfərin vəziyyətinin ağır olduğunu bildiriblər.
Qəzaya uğrayan qatarlardan birinin maşinistinin və maşinistin köməkçisinin həyatını itirənlər arasında olduğu bildirilib.