Hollandiya 3 min ailəyə 5,5 milyon avro təzminat ödəyəcəkbackend

Hollandiya 3 min ailəyə 5,5 milyon avro təzminat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya hökuməti səs-küy çirkliliyinə görə Amsterdam Schiphol hava limanı ətrafındakı 3 min ailəyə ümumilikdə 5,5 milyon avro təzminat ödəyəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

NOS ictimai yayımı tərəfindən yayımlanan xəbərdə, İnfrastruktur və Su İşləri Nazirliyinin 2017-2019-cu illərdə təzminat alacaq şəxslərin səs-küy çirklənməsinə məruz qalması ilə bağlı sualları cavablandırdığı bildirilib.

Xəbərdə hökumətin səs-küy çirkliliyinə görə Amsterdam Schiphol Hava Limanı ətrafındakı 3 min ailəyə ümumilikdə 5,5 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Ailə başına orta hesabla 1800 avro olan təzminatın oktyabrın sonu və ya noyabrın əvvəlində ödəniləcəyi paylaşılıb. Xəbərdə Ekologiya və Nəqliyyat Müfəttişliyinin (İLT) son illərdə hava limanı ətrafında səs limitinin aşılmasına baxmayaraq yoxlama aparmadığı və qurumun 2024-cü ildən etibarən yoxlamalara yenidən başlayacağı iddia edilib. Aprel ayında Amsterdam Schiphol Hava Limanı səlahiyyətliləri tərəfindən edilən şərhdə, səs-küy çirkliliyi səbəbiylə 2025-ci ildən etibarən gecə və şəxsi təyyarə uçuşlarının qadağan ediləcəyi ifadə edilib