Hollandiyanın Mərakeş əsilli ilk hicablı deputatı partiyasının Fələstin-İsrail müharibəsi ilə bağlı mövqeyinə reaksiya verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, noyabrın 22-də keçiriləcək ümumi seçkilərdən imtina edib.
Kauthar Bouchallikht Hollandiyanın ilk hicablı qadın deputatıdır.
Mərakeş əsilli və Amsterdamda anadan olan siyasətçi noyabrın 22-də Hollandiyada keçiriləcək növbədənkənar ümumi seçkilərdə İşçi Partiyası və Yaşıl Sol ittifaqın siyahısında namizəd olub.
Lakin o, deputatlığa namizədliyindən geri çəkilmək qərarına gəlib.
Kauthar Buchallixt partiyasının İsrailin dəstəklədiyi üçün bu qərarı verdiyini açıqlayıb.