Hollivudda tətil edən aktyorlar prodüserlərlə görüşlərini dayandırıblarbackend

Hollivudda tətil edən aktyorlar prodüserlərlə görüşlərini dayandırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Ekran Aktyorları Assosiasiyası (SAG) və Amerika Televiziya və Radio Sənətçiləri (AFTRA) tərəfindən iş zəmanəti və maaş təhlükəsizliyi tələbi ilə başlayan tətilə son qoymaq üçün Kino Filmləri və Televiziya Prodüserləri Assosiasiyası ilə 5 günlük görüş (AMPTP) dayandırılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Tətilə son qoymaq üçün iş zəmanəti və maaş təminatı ilə bağlı danışıqlarda SAG-AFTRA-nın təklifinin ildə əlavə 800 milyon dollara başa gələcəyi və iqtisadi yükə səbəb olacağı iddia edilib.

Açıqlamada tərəflərin bir-birinin təklifini qəbul etmədiyi və 5 gün davam edən danışıqların məhsuldar bir istiqamətdə irəliləmədikləri və iki tərəf arasında uçurum çox olduğu səbəbiylə dayandırıldığı qeyd edilib.

İstehsalçı şirkətlərin ifaçıları süni intellektə qarşı qorumağa və maaşlarını artırmağa razı olmadıqlarını ifadə edən SAG-AFTRA AMPTP-nin təkliflərindəki şərtləri rədd etdiyini açıqlayıb.

SAG-AFTRA zorbalıq taktikasından istifadə etməkdə günahlandırdığı AMPTP-nin təklifdə pul məbləğini şişirtdiyini və həddindən artıq göstərdiyini və bu məlumatları qəsdən təhrif etdiyini iddia edib.

Üzvlər yenidən tətilə qoşulmağa çağırılıb.

SAG-AFTRA-nın internet saytında dərc edilən birgə bəyanatda, sənətçilərin maaşları və süni intellektə qarşı iş təhlükəsizliyi ilə bağlı AMPTP ilə aparılan danışıqların nəticəsiz qalması səbəbindən tətilə qərar verilməsi üçün addımların atıldığı açıqlanıb.

Sənətçilər iyulun 15-də Los-Ancelesdə tətilə çıxıblar, televiziya istehsal şirkətləri ilə görüşlərində heç bir nəticə əldə olunmayıb, iş zəmanəti və maaş təminatı tələb edilib.

WGA həmçinin, son illərdə serial və filmlərin illik istehsalının əhəmiyyətli dərəcədə artdığı və daha sonra iki tətilin birləşdirildiyi bir vaxtda daha çətin şərtlərdə işlədikləri və daha az maaş aldıqları səbəbiylə mayın 2-də tətilə başladıqlarını açıqlayıb.

AMPTP ilə əldə edilən ilkin razılaşma nəticəsində WGA-nın tətili 5 aydan sonra sona çatdı və birlik liderləri tərəfindən yekdilliklə qəbul edilən üç illik razılaşmada tələb olunan təzminat, iş müddəti və süni işlərə nəzarətlə bağlı maddələrin yer aldığı açıqlanıb.

Ssenari müəllifləri sonuncu dəfə 2007-ci ildə tətilə çıxıb və işçilərin 100 günlük işini dayandırması təxminən 2 milyard dollar itkiyə səbəb olub.