Honq-Konqda “Koinu” tayfunu səbəbindən birjada ticarət dayandırılıbbackend

Honq-Konqda “Koinu” tayfunu səbəbindən birjada ticarət dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində “Koinu” qasırğası səbəbindən ehtiyat tədbiri olaraq birja əməliyyatları müvəqqəti dayandırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Honq Konq Birjaları və Klirinq Korporasiyası (HKEX) tərəfindən edilən açıqlamada, mənfi hava şəraiti ilə bağlı qaydalara uyğun olaraq, bu gün Honq Konq Birjasında gündüz sessiyasında birja və fyuçers ticarətinin dayandırıldığı bildirilib.

Xarici investorların Honq-Konq Fond Birjası vasitəsilə Çinin materik hissəsində satılan səhmləri ala biləcəyi “Stock Connect” əməliyyatlarının da tədbirdən təsirlənəcəyi qeyd edilib.

Honq-Konq Rəsədxanası bölgə sahillərinə yaxınlaşan tayfuna görə dünən “8-ci səviyyə” fövqəladə xəbərdarlıq və “qara” tufan xəbərdarlığı edib.

Birjanın açılış saatına qədər davam edən xəbərdarlıqların səviyyəsi bu gün yerli vaxtla saat 11.40-da tayfunun intensivliyi azalaraq uzaqlaşmağa başladıqdan sonra aşağı səviyyəli fövqəladə xəbərdarlıq endirilib.

Birjada hərracların davam edəcəyi gözlənilir.