Hulusi Akar: “Azərbaycan və Türkiyə bundan sonra da hər cür təhdid və təhlükəyə qarşı hər zaman bir yerdə olacaq”backend

Hulusi Akar: “Azərbaycan və Türkiyə bundan sonra da hər cür təhdid və təhlükəyə qarşı hər zaman bir yerdə olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət, həyəcan duymaqdayıq”.

İnterpress.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Bizim tariximiz, dilimiz, ürfanımız, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vazkeçilməzdir. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi, bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaqdır. Bundan heç kimin şübhəsi olmasın. Geopolitik problemlərin, terrorun, qanunsuz miqrasiyanın və təhlükəsizlik qayğılarının sürətlə artdığı bir vaxtda Türkiyə və Azərbaycanın əməkdaşlığı son dərəcə əhəmiyyətlidir. Bu səbəblə can qardaşımız Azərbaycanla hər sahədə davam edən sağlam münasibətlərimizi daha da inkişaf etdirmək üçün çalışmalarımız artaraq davam etməkdədir. Türkiyə və Azərbaycan, köklü tarixi, dinamik əhalisi, hər ötən gün böyüyən iqtisadiyyatı və güclü ordusu ilə Qafqazda və bölgəmizdə sülh və istiqrarın qarantı olmaya davam edəcək. İcra edilən təlimlər də səylərimizin bir göstəricisidir”, – deyə H. Akar qeyd edib.

 

İnterpress.az