İki fransalı Baykonurun ərazisinə daxil olmağa CƏHD ETDİ – Biri ÖLDÜbackend

İki fransalı Baykonurun ərazisinə daxil olmağa CƏHD ETDİ – Biri ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki Fransa vətəndaşı Baykonur kosmodromunun ərazisinə daxil olmağa cəhd edib, onlardan biri susuzluqdan ölüb.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, iki Fransa vətəndaşı Qazaxıstanın Baykonur kosmodromunun ərazisinə daxil olmağa cəhd edib. Onlardan birinin susuzluqdan öldüyü məlum olub.

Mənbənin bildirdiyinə görə, fransızlar “klassik” marşrutu seçiblər. Onlar magistralda dayanıb çöldəki hündür binalara tərəf gediblər.

Yolda onlardan biri xəstələnib. İkincisi dostuna kömək etmək istəsə də, heç nə alınmayıb və o, yenidən magistral yola qaçıb.

Oraya çatanda maşını saxlayıb, baş verənləri izah edib kömək çağırmaq istəyəndə birincisi susuzluqdan ölüb.

İyun ayında Baykonurda orta temperatur gün ərzində +33 dərəcədir.

Baykonur uzun müddətdir ki, ekstremal turistlər üçün cazibə obyekti olub. 2022-ci ilin mayında orada Böyük Britaniya vətəndaşı və Belarus vətəndaşı saxlanılıb. Onlar sovet kosmik gəmisi “Buran”ın yerləşdiyi buraxılış meydançasına çatmağa çalışırdılar.

Xuraman Etibarlı

İnterpress.az