İki polis əməkdaşı pul müqabilində 18 kiloqram kokain KEÇİRDİbackend

İki polis əməkdaşı pul müqabilində 18 kiloqram kokain KEÇİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki alman polisi qaçaqmalçılıq yolu ilə 18 kq kokain keçirib və bunun müqabilində 40 min avro (77 700 man) alıblar.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirilir ki, iki alman polisi –  Ahmet K. və Hakan A. öz qulluq mövqelərindən istifadə edərək Frankfurt hava limanının təhlükəsizlik zonasından qaçaqmalçılıq yolu ilə 18 kq kokain keçirib və bunun müqabilində 40 min avro alıblar.

Dindirilmə zamanı saxlanılanlardan biri “Mercedes AMG” markalı idman avtomobili alması barədə suala cavab verib ki, bu avtomobil onun uşaqlıq arzusudur.

Xuraman Etibarlı

İnterpress.az