İlon Mask Trampın seçki kampaniyası zamanı narkotikdən çox istifadə edib. Ona görə qəribə davranmağa başlayıb və çox uşaq istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Qəzetin yazdığına görə, Mask anestezik ketamindən demək olar ki, hər gün istifadə edib, onu digər dərmanlarla qarışdırıb.
Bundan əlavə, iş adamı səyahət zamanı ekstazi və psixodelik göbələklərdən istifadə edib, narkotik qablaşdırmada qanunsuz maddələr daşıyıb.
Maskın asılılığı onun səhhətində problemlər yaratmasına, Ağ Evdə onu daha aqressiv və gözlənilməz hala gətirməsinə, əhval-ruhiyyəsinin dəyişməsinə və daha çox uşaq sahibi olmaq üçün obsesif olmasına səbəb olub.
Qəzet müsahibələr zamanı Maskın nasist salamlarını və qəribə cavablarını xatırladıb. İş adamı və vəkili qəzetin şərh sorğusuna cavab verməyib.
53 yaşlı iş adamının Trampın inauqurasiyasından sonra istifadəyə davam edib-etmədiyi barədə məlumat verilmir.
Xuraman Etibarlı
İnterpress.az