İndoneziyanın paytaxtı Cakarta ilə Bandunq şəhərini birləşdirən “Cənub-Şərqi Asiyanın ilk yüksək sürətli qatar (YHT) xətti” açılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“The Jakarta Post” qəzetinin xəbərinə görə, prezident Coko Vidodo “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çinlə ortaq şəkildə istifadəyə verilən Cakarta-Bandung YHT xəttini açıb. Vidodo açılış mərasimində qatarın adını çıxardığı səsdən ilhamlanaraq “Whoosh” qoyduqlarını bildirib. Qatarın çata biləcəyi ən yüksək sürətin saatda 350 kilometr olduğunu bildirən Widodo, layihəni “ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın modernləşdirilməsi” olaraq xarakterizə edib.
Əsasən Çin tərəfindən maliyyələşdirilən və dəyəri 7,3 milyard dollar olan bu xətt paytaxt Cakarta ilə Bandunq şəhərini 142 kilometrlik dəmir yolu ilə birləşdirir. 2015-ci ildə tikintisinə başlanan Cənub-Şərqi Asiyanın ilk HSR layihəsinin 75 faizi Çin İnkişaf Bankının krediti ilə maliyyələşdirilib.