İndoneziyanın Şərqi Nusa Tengqara əyalətinin Şərqi Flores bölgəsində Levotobi Laki-Laki vulkanının davam edən püskürmələri səbəbindən təxminən 6500 insan təxliyə edilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər bir müddətdir aktiv olan Levotobi Laki-Laki vulkanının dünəndən bəri 40 dəfə püskürdüyünü açıqlayıb.
Flores adasında 6500 insanın təxliyə edildiyini qeyd edən səlahiyyətlilər, insanları vulkanın ətrafındakı 4 kilometrlik ərazidən uzaq durmağa çağırıb.
Rəsmilər can itkisi və dağıntının olmadığını bildiriblər.
Təxliyə qərarı İndoneziyanın şərqindəki Flores adasındakı dağlarda həftələrlə davam edən vulkanik fəaliyyətdən sonra verilib.
Yanvarın 1-də İndoneziyada Levotobi Laki-Laki vulkanı aktivləşdikdən sonra qadın və uşaqlar da daxil olmaqla 1172 sakin təxliyə edilib.
Vulkanın püskürməsindən sonra ən yüksək həyacan siqnalı yanvarın 10-da verilib.