Keçən il İngiltərədə temperaturla bağlı səbəblərdən 4507 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici xarici istinadən xəbər verir.
Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) İngiltərə və Uelsdə 1988-2022-ci illərdə temperaturla bağlı ölüm və xəstəxanaya yerləşdirmə riskinin təhlilini dərc edib.
Təhlillərə görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb.
Ölkədə termometrlərin 40 dərəcəni keçdiyini göstərən 2022-ci ilin ən isti günlərində istilər səbəbindən 4 min 507 nəfər ölüb.
Bunun “rekordda ən yüksək göstərici” olduğu vurğulanıb.
Ən yüksək ölüm riski Londondadır.
Bildirilib ki, ən yüksək ölüm riski havanın temperaturu 29 dərəcəni keçdiyi paytaxt Londonda müşahidə olunub.
Keçən il bir qrup beynəlxalq ictimai səhiyyə eksperti tərəfindən dərc edilən araşdırmada, 30 may – 4 sentyabr 2022-ci il tarixləri arasında Avropada 61 min 672 adamın istiliklə əlaqəli səbəblərdən öldüyü, ən çox ölümün isə İtaliya və Yunanıstanda olduğu qeyd edilib.
İngiltərə Meteorologiya Agentliyinin (Met Office) 19 iyul 2022-ci il tarixində verdiyi açıqlamada ölkədə hava istiliyinin 40,2 dərəcə olaraq qeyd edildiyi və bunun Azərbaycan tarixində indiyə qədər ölçülən ən yüksək temperatur olduğu bildirilib.