İngiltərədə gənclərə siqaret satışının qadağan edilməsi planlaşdırılırbackend

İngiltərədə gənclərə siqaret satışının qadağan edilməsi planlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Baş naziri Rishi Sunak, gələcək nəsilləri siqaretin zərərlərindən qorumaq üçün qanunlar çıxaracaqlarını və hər il siqaret alma yaşını artırmağı planlaşdırdıqlarını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Sunak lideri olduğu Mühafizəkarlar Partiyasının illik konfransının bağlanışında ölkə gündəmində olan bir çox məsələ ilə bağlı açıqlamalar verib.

Baş nazir Sunak çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun İngiltərə parlamentində səsverməyə çıxarılacağını qeyd edərək, siqaret alma yaşının hər il bir il artırılacağını, beləliklə bir il artırılacağını vurğulayıb.

Sunak deyib: “Bu qanun o deməkdir ki, siqaret heç vaxt qanuni olaraq bu gün 14 yaşlı bir gəncə satılmayacaq və onlar və onların nəsilləri siqaretsiz böyüyə bilər”.

Rişi Sunak Britaniya parlamentində bu məsələ ilə bağlı səsvermənin “sərbəst səsvermə” olacağını vurğulayıb.