İngiltərənin Sanderlend şəhərində itin hücumuna məruz qalan 54 yaşlı kişinin həyatını itirdiyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Northumbria Polisindən verilən açıqlamaya görə, ölkənin şimal-şərqindəki Sanderlend şəhərində bir kişiyə itin hücum etdiyi güman edilir.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən 54 yaşlı kişini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Birmingemdə 11 yaşlı qız keçən ay itin hücumu nəticəsində çiynindən və qolundan yaralanmışdı.
Qrinviçdə oktyabrın 2-də səhər saatlarında körpə uşağı it dişləyib.
“American Bully XL” cins itlərin qadağan edilməsi qərara alınıb
Sentyabrın 14-də ölkənin Staffordşir bölgəsində iki itin hücumuna məruz qalan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hücumun ertəsi günü etdiyi şərhdə İngiltərə Baş naziri Rishi Sunak, “Amerikalı Bully
Sunak qeyd edib ki, qadağa qərarı ilə it hücumları sona çata və insanların təhlükəsizliyi təmin edilə bilər.