İngiltərədə yüksək səsli atəşfəşanlıq vasitələrinin fərdi satışı QADAĞAN OLUNACAQbackend

İngiltərədə yüksək səsli atəşfəşanlıq vasitələrinin fərdi satışı QADAĞAN OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada heyvanları qorumaq üçün yüksək səsli atəşfəşanlıq vasitələrinin satışı qadağan edilir.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Böyük Britaniya hökuməti heyvanları, vəhşi təbiəti və cəmiyyətin həssas əhali qruplarını qorumaq üçün ən yüksək səsli fişənglərin (atəşfəşanlıq vasitələrinin) fərdi satışını qadağan etməyi planlaşdırır. Rəsmi orqanlar bu addımla pirotexniki vasitələrdən qeyri-etik şəkildə istifadə edilməsinin qarşısını almağı hədəfləyirlər.

Yeni qaydalara əsasən, ən yüksək səs yayan güclü fişənglərdən yalnız peşəkar pirotexnika şoularında istifadə olunmasına icazə veriləcək. Fərdi şəxslərə bu cür güclü səsli vasitələrin satışı rəsmən məhdudlaşdırılacaq.

Bununla belə, müxtəlif dövlət tədbirlərində təşkil olunan kütləvi və rəsmi bayram atəşfəşanlıqlarının keçirilməsi qaydalarında heç bir dəyişiklik edilməyəcək və onlar əvvəlki qaydada davam edəcək.

Xuraman Etibarlı

İnterpress.аz