İran 2017-ci ildə saxlanılan 9 İŞİD üzvünü edam edib.
İnterrpress.az xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin “Mizan Online” saytı yazır.
İran 2017-ci ildə İslam Respublikasının qərbində keçirilən əməliyyat zamanı saxlanılan 9 İŞİD üzvünü edam edib.
Məhkəmə dinləmələrindən sonra onlar silah gəzdirmək, SEPAH qüvvələri ilə döyüşlərdə iştirak etmək və bir neçə iranlı əsgəri öldürməkdə təqsirli bilinərək edam cəzasına məhkum ediliblər.
Qeyd olunur ki, sözügedən dövrdə təşkilat yaraqlıları terror aktları törətmək üçün ölkəyə yerləşdirməyi planlaşdırıblar.
Əməliyyat zamanı silah və sursat, o cümlədən pulemyot, 50 qumbara və tapança aşkar edilib.
Xuraman Etibarlı
İnterrpress.az