İran təcavüz halında ABŞ-nin təhdidlərinə çəkinmədən cavab verəcək.
İnterpress.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei İran Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanlığı ilə görüşündə deyib.
“Amerikalılar bizim haqqımızda öz fikirlərini bildirir, bizi hədələyirlər. Əgər bizi hədələsələr, biz də onları təhdid edəcəyik.
Əgər bu təhdidi həyata keçirsələr, biz də cavab verəcəyik. Ölkəmizin təhlükəsizliyinə qəsd etsələr, biz də eyni addımı atmaqdan çəkinməyəcəyik”, – o bildirib.
Xuraman Etibarlı
İnterpress.az