HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra Cəmkəran məscidinin günbəzində qırmızı qisas bayrağı qaldırılıb.
interpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, İran Cəmkəran məscidinin günbəzində qırmızı qisas bayrağı qaldırıb.
İsrail Hərbi Hava Qüvvələrinin Tehranın şimalında yerləşən iqamətgaha endirdiyi zərbə nəticəsində HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra İran Qum şəhərində yerləşən Cəmkəran məscidinin günbəzinə qırmızı qisas bayrağı taxılıb.
Xuraman Etibarlı
İnterpress.az