İran və Rusiya arasında gərginlik: Qarşıdurma təhlükəsi yaranıb – İsrail….backend

İran və Rusiya arasında gərginlik: Qarşıdurma təhlükəsi yaranıb – İsrail….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Rusiyanın etirazlarına baxmayaraq, hava müdafiə sistemlərini İsrailin ehtimal olunan hücumlarına qarşı Suriyada yerləşdirib.

Turkustan.az xəbər verir ki, bu barədə İsrailin “Haartez” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrailin Hums və Dəməşqə mümkün hücumlarına qarşı hərəkətə keçən İran Suriyanın hava hücumundan müdafiə sistemlərinin effektivliyini artırmağa çalışır.

İsrail Müdafiə Qüvvələrinin hərbi komandanlığındakı mənbəyə istinad edən qəzet qeyd edib ki, İran məhdud sayda olsa da, təkcə Suriyada yox, İraq və qonşu Livanda da müdafiə sistemləri yerləşdirib.

“Kəşfiyyat məlumatına görə, İran hücumların qarşısını almaq və İsrail təyyarələrini vurmaq üçün Suriya, Livan, İraq və digər bölgələrdə yer-hava raket sistemlərini yerləşdirməklə məşğuldur. Son hücumların birində Suriya hərbçiləri İran istehsalı olan müdafiə sistemlərindən İsrail təyyarəsinə zərbə endiriblər”, – nəşr bildirib.

Digər tərəfdən İranın hava hücumundan müdafiə sistemi Suriya sərhədini pozan İsrail təyyarəsini vurmağa çalışıb. Qəzet qeyd edib ki, Suriya hava məkanına daxil olan İsrail döyüş təyyarəsi İranın müdafiə sistemi tərəfindən aşkar edilərək hücuma məruz qalıb. Amma raketin İsrail təyyarəsini vura bilmədiyi deyilib. İran ordusu ilk dəfə olaraq Suriyada İsrailə hücum edib.

“Haaretz” İsrail ordusunun İranın atdığı addımlardan xəbərdar olduğunu yazıb. Qəzet bu addımın bölgədə iki ölkə arasında qarşıdurma riskini artırdığını vurğulayıb. /Teleqraf.com/