İran və Tacikistan prezidentləri Pezeşkian və Rəhmon arasında telefon danışığı olub.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, İran və Tacikistan prezidentləri Pezeşkian və Rəhmon telefonla danışıblar.
Tərəflər ümumi maraqlara əsaslanan ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər, həmçinin ölkələr arasında ən son razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Dövlət başçıları qarşıdan gələn Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər.
Xuraman Etibarlı
İnterpress.az